Alman avtomobil nəhəngi Mercedes abunə haqlarını qaldırmaq fikrindədir. Elektrikli nəqliyyat vasitələrinin ön planda olduğu bu dövrdə Mercedes də öz istiqamətini elektrikli avtomobillərə çevirib. 
Yeni EQ elektrik modellərində Mercedes illik ödəniş istəyəcək ki, müştərilər avtomobilin performansını tam şəkildə ortaya qoya bilsinlər. Bu ödəniş illik 1200 dollar + vergi şəklində olacaq. Başqa sözlə, nəqliyyat vasitəsi sahibləri 0-100 km/saat sürəti 0,8 saniyə tez çıxarmaq üçün hər il 1200 dollar (üstəlik vergi) ödəməli olacaqlar.
Mercedes-in illik ödənişi haqqında xəbər BMW-nin oturacaqların qızdırılması kimi bəzi seçimlərə abunə təklif etməsindən bir neçə ay sonra verildi. Abunə haqları, xüsusən də bəzi bulud əsaslı seçimlər üçün başa düşüləndir. Çünki bu variantlar ardıcıl aylıq əməliyyat xərcləri tələb edir. Lakin güc və performans avtomobilin  verə biləcəyi bir şeydir. Bu səbəbdən Mercedes-in bu addımı bir çox avtomobil sahiblərinin tənqidinə məruz qalır.

Məhəbbət Məmmədov