Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz"in satışları bu ilin ikinci rübündə 6% artaraq 515 min 700 ədədə yüksəlib.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, elektrikli və lüks avtomobillərə olan tələb səbəbilə şirkətin satışları artıb.

Şirkətin ən böyük bazarı olan Çinə avtomobil tədarükü ikinci rübdə 12% artaraq 183 min 600 ədədə çatıb. Bundan əlavə, Almaniyaya avtomobil tədarükü 23% artaraq 58 min 600-ə, ABŞ-a isə 6% artaraq 88 min 100-ə çatıb.

Hesabat dövründə "Mercedes-Benz"in elektrikli avtomobil satışları 123% artaraq 56 min 300 ədəd olub.