Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" dünya üzrə 250 minə yaxın avtomobilini geri çağırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsi məlumat yayıb.

Buna səbəb bəzi qoruyucuların tələblərə cavab verməməsidir. Bu da öz növbəsində mühərrikin sıradan çıxmasına səbəb ola bilər. Eyni zamanda, yanğın riskini də istisna etmək olmaz.

Söhbət 2023-cü ildə buraxılan "AMG GT", "C-Class", "CLE", "E-Class", "EQE", "EQS", "GLC", "S-Class" və "SL" modellərindən gedir.

Bundan əlavə, Almaniyada 37 mindən çox avtomobilin geri çağırılacağı ehtimal edilir. Ehtiyat tədbiri olaraq belə avtomobillərdə müəyyən hissələrin dəyişdirilməsi nəzərdə tutulub.

 

Gözəl Həşimova