Mərakeş və Nigeriya 5 Qərbi Afrika ölkəsi ilə Nigeriya-Mərakeş qaz kəməri layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sözügedən dövlətlər birgə bəyanat yayıb.

Uzunluğu 5660 kilometr olacaq və mərhələli şəkildə 25 il ərzində tamamlanacaq boru kəmərinin həm Qərbi Afrikada, həm də Avropada artan qaz tələbatını ödəməsi planlaşdırılır.

Qeyd edək ki, İyunun 2-də NNPC Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə Nigeriya-Mərakeş qaz kəmərinin tikintisinə dair razılıq əldə etmişdi.

Məhəbbət Məmmədov