Mərakeş və Fransa arasında 20-dən çox sahəni əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bazar ertəsi axşamı Rabat şəhərində Mərakeş Kralı VI Məhəmməd və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən mərasimdə iki ölkə müxtəlif sahələr üzrə əməkdaşlıq sazişlərinə imza atıblar.

Sazişlərə dəmir yolu (xüsusilə sürətli qatar xətləri üçün relslərin inşası), yaşıl hidrogen istehsalı, su ehtiyatlarının idarə olunması, enerji, investisiya cəlbi, kənd və meşə təsərrüfatı, yanğınsöndürmə, təhsil, elmi tədqiqat, innovasiyalar və mədəniyyət sahələrində qarşılıqlı layihələr daxildir.

Həmçinin, Mərakeş Kralı VI Məhəmməd və Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasında Genişləndirilmiş Eksklüziv Tərəfdaşlıq Bəyannaməsini imzalayıblar