“Azsığorta” şirkətinin idarə heyətinin keçmiş sədri Anar Talıbovun yeri yaradılmış “Meqa Həyat” sığorta şirkətinin idarə heyətinin sədirliyinə namizədliyi irəli sürülüb

İqtisadiyyat.az-ın verdiyi məlumata görə, “Meqa Həyat”nın sığorta lisenziyası alması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edilib. Müraciətdə Anar Talıbovun “Meqa Həyat”ın idarə heyətinin sədri təyin etmək niyyəti olduğu qeyd olunub.

Qeyd edək ki, yeni həyat sığortası şirkəti sentyabrda dövlət qeydiyyatına alınıb. Şirkətin kapitalı 11 milyon manat, 100%- səhmdarı “Mega Sığorta” şirkətidir. “Meqa Həyat” “Meqa Sığorta” şirkətinin törəmə cəmiyyəti olacaq. MBNP razılıq verdikdən sonra sığorta şitkətinə palata 5 illik lisenziya verəcək. FED.az