Təcrübə də göstərir ki, məktəbəhazırlıq kurslarını keçmiş birincilərin sonrakı siniflərdə uğurları əksəriyyətindən daha yaxşı nəticə göstərir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasda “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunların müzakirəsi zamanı deyib. 

Deputat bildirib ki, bu səbəbdən də dövlət bu siyasəti davam etdirir: “Bizim milli kvalifikasiyalar çərçivəsi var və çərçivədə Azərbaycanın milli təhsil təsnifatı var. Azərbaycan 2005-ci ildə konvensiyalara qoşulub və bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin bir neçə sərəncamı olmuşdur və bu sərəncamlara uyğun olaraq qanunvericiliyə dəyişikliklər edildi və yeni qanunlar qəbul edildi.

Bu istiqamətdə işlər davam etdirilir”.