Meksikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı ümumilikdə 525 mini keçib.

Bu barədə Meksika Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin direktoru Xose Luis Alomia deyib.

Məlumata görə, 57 023 meksikalı bu virusun qurbanı olub.

Həmçinin Meksikada COVID-19 virusundan yoluxanların sayı son sutkada 3 571 nəfər artaraq 525 733 olub.

Müalicə alaraq sağalan 359 347 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.report