Meksikada koronavirusdan ölənlərin sayı 45 361 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.
"İyulun 20-da virusa 408 449 yoluxma və 89 978 şübhəli hal təsdiqlənib", - deyə o "Twitter"-də yazıb.
Məlumata görə, ölkədə virusa yoluxmuş 267 147 pasiyent sağalıb.
Nazir qeyd edib ki, ölkənin adi xəstəxanalarında çarpayıların 47 faizi xəstələrlə dolub.report