Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları iştirak edirlər.

Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.

Əklil vida mərasiminin keçirildiyi Səttar Bəhlulzadə adına Mədəniyyət Evinə gətirilib.