Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək rezervlərlə bağlı açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, Şimşək bu barədə tvitter hesabından açıqlamaverib.

"TCMB analitik balans məlumatlarına görə, xalis beynəlxalq ehtiyatlar keçən həftə 8,5 milyard dollarla tarixin ən böyük həftəlik artımını qeyd edib. Rasional siyasətə dönüş mərhələli şəkildə davam edəcək.

Ehtiyatları daha da gücləndirmək üçün ölkəmizə əlavə xarici resursların cəlb edilməsi istiqamətində səylərimizi sürətləndiririk.

Bundan əlavə, Türk lirəsini cəlbedici etməyə davam edəcəyik”, - deyə nazir qeyd edib