Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir.

Bu barədə məsələ Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (ikinci oxunuş) əksini tapıb.

Layihə ilə bağlı deputat Nizami Səfərov arayış verərək bildirib ki, sənəd məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur. Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.