İqtisadiyyat.az xəbər verir ki, bu barədə "SPA" məlumat yayıb.

Görüşün detalları açıqlanmayıb. Bundan əvvəl ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan ilə də görüş keçirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində verdiyi məlumata görə, Rübio və şahzadə ikitərəfli əlaqələri müzakirə edib, həmçinin regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Rusiya və ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların necə aparılacağını müəyyənləşdirməlidirlər, çünki hələlik ABŞ tərəfindən əsas danışıqlar aparan şəxs təyin olunmayıb. Uşakov əlavə edib ki, Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşündə Ukrayna böhranı ilə bağlı ikitərəfli danışıqların perspektivləri müzakirə olunacaq.