İqtisadiyyat.az-ın xəbərinə görə, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Bildiyimiz kimi “Ortamüddətli xərclər çərçivəsi” pilot layihə kimi tətbiq edilir. 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy verilərkən bu pilot layihənin təhsillə yanaşı, ekologiya və kənd təsərrüfatında icra vəziyyəti ilə bağlı öz təhlillərimizi təqdim edəcəyik", - o əlavə edib.