Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 27-də saat 10:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən İqtisadiyyat.az-a bildirilib ki, vətəndaşlar oktyabrın 20-dək Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin absheron-khizi@culture.gov.az elektron poçt ünvanı, (018) 64-4-46-04 (daxili 210) telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.