İqtisadiyyat.az-ın xəbərinə görə, müraciətdə diqqətə çatdırılır ki, qanunvericiliyin və müvafiq nizamnamənin tələblərinə uyğun olaraq aşağıda göstərilən məcburi audit subyektləri hər il maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Qeyd edək ki, qanunvericiliyin tələblərinə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan iqtisadi subyektlər, qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və nizamnamələrində (əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlarda həyata keçirilməli olan, habelə Səlahiyyətli Dövlət Orqanları tərəfindən aparılan audit məcburi və digər hallarda isə könüllüdür.

Yuxarıdakı siyahıda qeyd olunan məcburi audit subyektlərindən başqa digər iqtisadi subyektlər də öz təşəbbüsləri ilə maliyyə hesabatlarının düzgünlüyünü təsdiq etdirmək və digər auditor xidmətlərindən istifadə etmək üçün könüllü olaraq müstəqil (kənar) auditor cəlb edə bilərlər.

Auditi aparılan iqtisadi subyektin şəxsi əmlak mənafeyi, onun iqtisadi subyektinin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, iqtisadi subyektin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda, həmin iqtisadi subyektdə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə, auditorlara həmin iqtisadi subyektlərdə audit aparmaq qadağandır.

Yeni dövrün çağırışları nəzərə alınmaqla dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və yaşıl iqtisadiyyat naminə aparılan ölkə iqtisadiyyatının inkişafının müasir mərhələsində müstəqil (kənar) audit maliyyə şəffaflığının əsas təminatçısı kimi, maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə xərclənməsində, maliyyə və vergi intizamının möhkəmləndirilməsində, korrupsiyaya və əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə mühüm rola malik olmaqla yanaşı, auditorlar tərəfindən təqdim olunan auditor hesabatının (auditor rəyinin) iqtisadi subyektlərin maliyyə fəaliyyətində yol verilən nöqsan və çatışmazlıqların vaxtında aşkar edilməsində və aradan qaldırılmasında çox böyük əhəmiyyəti vardır. İqtisadi subyektlər auditor seçimində müstəqildirlər.