2024-cü ilin yanvar-avqust aylarında MDB ölkələrində pərakəndə ticarət dövriyyəsi orta hesabla 8 faiz artıb.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birlik Statistika Komitəsi məlumat yayıb.
Ən yüksək artım Belarus, Qırğızıstan və Tacikistanda qeydə alınıb. MDB Statistika Komitəsinin məlumatına görə artım aşağıdakı kimidir:
- Azərbaycan - 3,5 faiz;
- Ermənistan - 5,2 faiz;
- Belarusiya - 12 faiz;
- Qazaxıstan - 6,8 faiz;
- Qırğızıstan - 12,3 faiz;
- Rusiya - 8 faiz;
- Tacikistan - 11,5 faiz;
- Özbəkistan - 9,1 faiz.