Azərbaycanda bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 640 min barel, gələn il isə 650 min barel təşkil edəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) məlumat yayıb.
Hesabata görə, Müstəqil Dövlətlər Birliyinin ölkələrinin gündəlik neft hasilatı isə belə olacaq:
Ölkələr |
2023-ci il |
2024-cü il |
Azərbaycan |
640 min barel |
650 min barel |
Rusiya |
10.69 milyon barel |
10.61 milyon barel |
Qazaxıstan |
1.94 milyon barel |
1.93 milyon barel |
Türkmənistan |
270 min barel |
270 min barel |