Fransa millisinin 25 yaşlı hücumçusu, "Real"a yeni gələn Kilyan Mbappe İspaniya La Liqasında ən çox maaş alan üçüncü futbolçu olacaq.

İqtisadiyyat.az "Sapology"ə istinadən xəbər verir ki, o, 31,3 milyon avro (vergilər daxil olmaqla) alacaq.

Bu göstəriciyə görə, “Barselona”nın hollandiyalı yarımmüdafiəçisi Franki De Yonq 37,5 milyon avro ilə birinci yerdədir.

 “Barselona”nın polşalı hücumçusu Robert Levandovski 33,3 milyon avro maaşla ikinci yerdədir.

İspaniya mətbuatı Kataloniya klubunun maliyyə yükünü yüngülləşdirmək üçün hər iki futbolçunu satmağa hazır olduğunu yazıb.