Filippinin paytaxtı Manilanın cənub-şərqindəki Luzon adasındakı Mayon vulkanından gələn vulkan axını ilə əlaqədar son 3 gündə daha 6 min insan təxliyə edilib.

İqtisadiyyat.az xəbər verir ki, Filippin Xəbər Agentliyinin məlumatına görə, Albay vilayətinin qubernatoru Edcel Grex Lagman, indiyədək 19 min 79 nəfərin təhlükəsiz zonalara yerləşdirildiyini, onlardan 6 min nəfərinin son üç gündə olduğunu bildirib.

Təxliyyə mərkəzlərinin insanların, xüsusilə də uşaqların və qadınların əsas ehtiyaclarını ön planda tutduğunu qeyd edən Laqman, "Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun qərar verməsi halında dövlət, Mayon vulkanı üçün daha yüksək xəbərdarlıq səviyyəsinə hazırlaşır", - deyə bildirib.

Digər tərəfdən, səlahiyyətlilər, vulkan axınından zərər çəkənlərə çadır, qida və əsas ləvazimat təmin edən yardım əməliyyatı başladıb.

Vulkan axını səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan insanların Albay əyalətində 22 təxliyyə mərkəzinə yerləşdirildiyi qeyd edilib.