İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tesla"nın sahibi İlon Mask bildirib.

"Qeyd etmək lazımdır ki, Tesla bu məsələdə zərərsiz qalmayıb.Tariflərin Teslaya təsiri hələ də əhəmiyyətlidir. Tarif məhdudiyyətləri başqa ölkələrdən gətirilən avtomobillərin ehtiyat hissələrinin qiymətinə təsir edəcək və bu da avtomobillərin qiymətinin artmasına səbəb olacaq", - deyə o qeyd edib.

Əlavə edək ki, martın 26-da Tramp ölkədən kənarda istehsal olunan bütün avtomobillərə 25% idxal rüsumları tətbiq edəcəyini açıqlayıb.

 

Gözəl Azadəliyeva