"Qeyri-qanuni miqrasiyaya kömək etmək cinayət hesab edilməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu fikri biznesmen İlon Mask deyib.

"Qeyri-qanuni miqrasiyaya kömək etmək cinayətdir", - deyə o, "X" səhifəsində yazıb. 

Belə ki, Mask yanvarın 10-da komitə üzvlərinin ölkənin Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Aleksandr Mayorkasın impiçmenti ilə bağlı dinləmələr keçirəcəkləri barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin məlumatını şərh edib. Konqresmenlər hesab edirlər ki, o, qeyri-qanuni miqrasiya ilə mübarizə üçün kifayət qədər tədbirlər görməyib.

"Sərhəddəki böhran realdır və onu həll etmək lazımdır", - deyə milyarder əminliyini ifadə edib.

O, əvvəllər ABŞ-yə qanuni immiqrasiya prosesini "Kafkaesk kabusu" ilə müqayisə edərək, ABŞ-yə qeyri-qanuni yollarla daxil olmağın bunu qanuni yolla etməkdən daha asan olduğunu izah edib.