Amerikalı sahibkar və milyarder İlon Mask mobil telefonundan imtina edərək yalnız sahibi olduğu "X" sosial şəbəkəsindən istifadə edəcəyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

"Bir neçə aydan sonra mən telefon nömrəmdən imtina edəcəyəm və “X”dən yalnız mətn mesajları, audio və video zənglər üçün istifadə edəcəyəm", - deyə İ. Mask qeyd edib.

Qeyd edək ki, daha əvvəl Mask “X” tətbiqinin “App Store”da ən çox yüklənən proqrama çevrildiyini açıqlayıb.