Abşeron rayonu, Masazır qəsəbəsində yerləş Duz gölünün ətrafında ümumilikdə 3,5 ha torpaq sahəsi satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə elan saytlarında məlumat yerləşdirilib.

Əmlakın sahibinin kimliyi açıqlanmasa da, torpaq sahəsi 7,5 milyon manata təklif olunur.

Qeyd edək ki, hazırda Masazır gölü “Azərduz” İstehsalat Birliyinin ərazisindədir. Sahəsi 10 kv. kilometr olan göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Qida duz ehtiyatları 1 735 milyon ton təşkil edir. Göl uzun illər məişət-kommunal sularının axıdılması səbəbindən çirklənməyə məruz qalıb.