Abşeron rayonu Masazır qəsəbəsində yanğın olub.

İqtisadiyyat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində mətbəxin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, hamam otağının lambirdən ibarət tavanı 10 m² sahədə və dam örtüyünün taxta atmaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.