Bu barədə İqtisadiyyat.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, 29.11.2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
***19:10
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Bu barədə İqtisadiyyat.az-a FHN-dən xəbər verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.