Masallıda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb.

Masallı Sənaye Məhəlləsində yerləşən mərkəz KOBİA, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, DOST Agentliyi, Azersu ASC, “Azərmaş” ASC, Bakı Mühəndislik Universiteti, "Foriella” MMC, EKVITA, Bakı Tekstil Fabriki və Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin dəstəyi ilə yaradılıb.   

Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin, o cümlədən şəhid ailələrinin üzvlərinin, qazilərin müvafiq peşə biliklərinə yiyələnmələri üçün mərkəz dərzilik, xalçaçılıq və foto-video operator peşələri üzrə müvafiq avadanlıqlarla təmin edilib, iştirakçıların biznes və peşə biliklərinə yiyələnmələri üçün mərkəzdə lazımi şərait yaradılıb.