Dünya COVID-19 pandemiyasının iqtisadi, sosial təsirlərini yaşamaqdadır. Sağlamlığımızın da risk altında olması təbii ki, şübhəsizdir. Bu dönəmdə isə maksimum səhhətimizi önə çəkməli, immun sisteminin gücləndirmək üçün sağlam və etibarlı məhsullara üstünlük verməliyik. Hazırda qida müəssisələrinin, şirkətlərin fəaliyyət şərtləri, təhlükəsiz məhsul istehsalı və satış strategiyası da aktuallığını qoruyur.

Dadı, ləzzəti, növbənöv çeşidləri ilə ənfəs ağız dadımıza çevrilən “SAB” brendinin ət və süd məhsulları həmişə olduğu kimi indi də qida sənayesində öncül şirkətlərdəndir. “SAB” şirkətinin əməkdaşı İsgəndər İsgəndərovun məlumatına görə, məlum pandemiya dövründə ikiqat məsuliyyətlə çalışırlar:

“Bu dövr şirkətin zəncirləri olan təchizatda, istehsalatda və satışda bir sıra yeniliklər tətbiq etmişik. Yeniliklərin əsas məqsədi riskləri minimuma endirməkdir. Sırf satışla bağlı bu dövr ərzində komandamızla həm satış nöqtələri, həm mal çeşidində düzgün bazar analizi apardıq. 

Digər tərəfdən məlum dönəmdə əsas olaraq, məhsulun keyfiyətinin davamiyyətinin təmzinlənməsi, bazar analizi, yeni nişaların seçilməsi, idxalı əvəzləmə bizdə uğurlu nəticələr verdi.”

Süfrələrimizin bəzəyi olan “Tamashaee foods” (Miad) öz uğurlu fəaliyyəti ilə  diqqət mərkəzindədir. Şirkətin kommersiya direktoru Telman Allahverdiyevin sözlərinə görə, əsas uğurun sirri məhsulların keyfiyyətində, ekoloji təmiz və sağlıqlı olmasındadır. Çünki, etibarlılıq tələbi bütün hallarda artırır:

“COVİD 19 pandemiyası şəraitində biz də fasiləsiz qida təminatını həyata keçiririk. Pandemiyanın sahibkarlara vurduğu zərərlərin aradan qaldırılmasında ölkə başçısı tərəfindən sahibkarlara ayrılan faizsiz kreditlər, bu və ya digər güzəştlər sayəsində zamanında məhsul ehtiyatımızı təmin etdik. Qida sektoru olduğumuz üçün iri həcmli restoranların,otellərin və müəssisələrin pandemiya səbəbilə fəaliyyətini dayandırması satışlarda  özünü göstərir. Amma online satışı yüksək səviyyədə davam etdiririk.”

Əvəzolunmaz təamları ilə seçilən “QayMaq Premium Qida” 100% təbii, yerli məhsulları təqdim edən yeni eko-brenddir. Şirkətin marketinq direktoru Vahab Vahabov açıqlamasında bildirdi ki, reaktiv qərarlarla satış siyasətini mövcud duruma uyğun tənzimlədik:

“Bu çətin dövürdə insanların qida rasionunda sağlam qidalara daha çox ehtiyacı olduğunu gördük. Sağlam qidalanmanın əhəmiyyəti bu dövürdə daha çox anlaşıldığı üçün insanlara məhsullarımızın əhəmiyyətini daha da çox çatdırmağa başladıq.  İzlədiyimiz keyfiyyət, satış və marketinq strategiyamızla bizi seçən müştərilər loyal müştərilərmizə çevrilir. Brendlə müştəri arasında loyallıq yaranırsa demək ki, atdığımız addımları uğurlu saymaq olar. “Qaymaq” brendi olaraq prinsipimiz müştərilərimizin hər zaman sağlam qidalanmasını təmin etməkdir.”

Azərbaycanın ən böyük gündəlik təlabat məhsullarını distribüsiya edən və başlıca olaraq qida məhsulları üzrə satış həyata keçirən şirkətlərdən olan “Şam-Fi”nin də əsas missiyası insanlara münasib qiymətə keyfiyyətli məhsul təqdim etməkdir. Şirkətin marketinq mütəxəssisi Hacı Zeynallının sözlərinə görə, məhsul ehtiyatı öncədən artırılıb və stok problemini aradan qaldırmaq məqsədilə illik plan hazırlanıb:

“İnsanlar karantin müddətində evdə daha çox vaxt keçirir. Bir çoxları üçün bu amil həm də qənaət üçün fürsətdir. Pandemiya dövründə istehlakçılar xərclərinə olan nəzarəti gücləndirir. Bu dönəmdə satışlarımıza çox ciddi təsirlər olmasa da, müəyyən kateqoriyalar var ki, orada geriləmə hiss olunur. Ümumilikdə, mövcud tədbirlərə riayət edərək qida tədarükünü həyata keçirməyə davam edirik.

Həmçinin, İqtisadiyyat Nazirliyi idxal etdiyimiz məhsulların vaxtında və problemsiz ölkəyə gətirilməsi üçün də mümkün güzəşlərin tətbiqini həyata keçirir.”

Keyfiyyəti və görünüşü ilə daim diqqət çəkən “CAN- PA” şirkətinin məhsulları da 27 ildir milli şirniyyat sahəsində fəaliyyətini davam etdirir. Şirkətin marketinq meneceri Ülkər Çələbiyeva hazırkı dövrdə şirkətin fəaliyyət sistemindən danışıb:

“Əməkdaşlıq etdiyimiz supermarketlər və digər nöqtələrin fəaliyyətində heç bir geriləmə olmadı. Marketləri tam məhsullarla təmin etdik, hətta müəyyən məhsullara endirim paketi də hazırladıq. Online sifariş şərtlərimizi müştərilərimiz üçün daha əlçatan və asan etdik. Pandemiya dövründə insanların əhvalını yüksəldən müxtəlif oyunlar  keçirdik, müxtəlif hədiyyələr verdik. Ümumi gedişat isə hazırda da nəzarətimizdədir.”