Oğuzda fəaliyyət göstərən marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Oğuz şəhəri, Cavanşir küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən, Əliyev Əli Hətəm oğluna məxsus marketdə aparılmış plandankənar yoxlama zamanı son istifadə müddəti bitmiş qida məhsullarının (“Koroleva” əmtəə nişanlı un məmulatı, “Qidam” əmtəə nişanlı xörək duzu) satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

  • Marketdə vaxtı bitmiş məhsullar aşkarlandı
  • Marketdə vaxtı bitmiş məhsullar aşkarlandı