Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində yerləşən marketlərin birindən 300 manat dəyərində olan malları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.

İqtisadiyyat.az bildirir ki, araşdırma nəticəsində onun şəhər ərazisində bir köşkdən 700 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.   

Araşdırma aparılır.