Ruslar tərəfindən dağıdılan Mariupolda daha bir məzarlıq aşkar edilib.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat verib. Onun sözlərinə görə, "Keçmiş Oktyabr" adlanan zavodunun ərazisində 70-ə yaxın ölü ukraynalının cəsədi tapılıb:

"Səbəb eynidir - rusların atəşə tutmasından sonra insanlar bina dağıntılarının altında qalıb. Ölənlərin cəsədləri polietilen torbalara yığılaraq "Starıy Krım" kəndindəki kütləvi məzarlığa basdırılmaq üçün çıxarılıb. Şəxsiyyətləri müəyyən edilməyib, yerli sakinlər deyirlər ki, cəsədlərin vəziyyətini nəzərə alaraq müəyyən etmək üçün xüsusi bir şey olmayıb", - deyə  Andryuşenko bildirib.