Çərşənbə günü Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) səfəri başlayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"MAQATE-nin baş direktoru Rafael Qrossi sabah Zaporojye atom elektrik stansiyasına səfərdən əvvəl bu səhər Kiyevdə media üçün brifinq keçirdi", - agentliyin açıqlamasında deyilir.

Qrossi daha əvvəl bildirmişdi ki, o, yaxın gələcəkdə Zaporojye, Kiyev və Rusiyaya səfər etmək niyyətindədir.