Qleyzer ailəsi "Mançester Yunayted"də təxminən bir ildir davam edən satış prosesi ilə bağlı rəsmi açıqlama verməyə hazırlaşır.

İqtisadiyyat.az "Mirror" qəzetinin Qətərdə yayım edən "Al Vatanda"ya istinadən xəbər verir ki, Şeyx Casim bin Həməd Əl Taninin təklifinin qəbul olunduğu və onun klubu təhvil alacağı bildirilib. Xəbərdə müqavilə ilə bağlı açıqlamanın tezliklə veriləcəyi bildirilərkən, Cassim bin Hamad Al Tani ilə yanaşı İngiltərənin neft-kimya şirkəti INEOS-un sahibi Cim Ratçliffin də "Mançester Yunayted" üçün təklif irəli sürdüyü deyilir.

Cim Ratçlifin Qleyzer ailəsinə təklifi Şeyx Casimin təklifindən fərqlidir.

Ratçliff "Mançester Yunayted"in 60 faizi üçün təklif edib və təklif Qleyzer ailəsinin bir müddət klubda qalmasından yanadır.

İngiltərə mətbuatında yer alan xəbərlərdə bu təklifin Şeyx Casimin təklifindən aşağı olsa da, uzun müddətdə kluba daha çox dəyər qatacağı düşünüldüyü bildirilib.

Şeyx Casimin bütün klub üçün Qleyzer ailəsinə təklif etdiyi və bu məbləğin 1 milyard sterlinq investisiya ilə ümumilikdə 6 milyard sterlinq olduğu qeyd edilib.

Noyabr ayında başlayan satış prosesinin yaxın günlərdə yekunlaşması gözlənilir.

Qleyzer ailəsinin verəcəyi qərara görə, keçən il satılan NFL komandalarından biri olan "Denver Bronkos"un satış rekordu qırıla bilər.

“Mançester Yunayted”in potensial satışının ən azı 5 milyard funta başa çatdırılması gözlənilir.

"Bronkos" keçən il 4,5 milyard dollara satılıb.