"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "qırmızı şeytanlar" "Çelsi"dən Meyson Mauntu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Maunt "Çelsi"nin yetirməsidir. O, ötən mövsüm 35 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.