İngiltərə komandası "Mançester Yunayted"in yay transfer dövründə heyətinə qatmağa hazırlaşdığı cənubi koreyalı müdafiəçi üçün ödəyəcəyi transfer haqqı bəlli olub.
İqtisadiyyat.az xəbər verir ki, "Napoli"nin 33 il sonra qazandığı Seria A çempionluğunda mühüm rol oynayan cənubi koreyalı müdafiəçi Kim Min-Jae, böyük ehtimalla yayda komandanı tərk edəcək.Gələn mövsüm Premyer Liqada çempionluq üçün oynamaq istəyən Erik ten Haqın rəhbərliyi altındakı "Mançester Yunayted" ulduz futbolçunun sərbəst qalma pulunu ödəyəcək.
Futbolçunun meneceri Der Honq verdiyi açıqlamada ulduz futbolçunun çox yaxşı mövsüm keçirdiyini və təkliflərin normal olduğunu bildirib. Bundan əlavə, o, Kim Min-Jaenin liqanın ən yaxşı müdafiəçisi seçildiyini və bunun onlar üçün böyük bir inkişaf olduğunu billdirib.
Bu yay Cənubi Koreyada doğulanlar üçün məcburi hərbi xidmətini yerinə yetirəcək müdafiəçinin növbəti ünvanının Premyer Liqa olacağı gözlənilir, "Mançester Yunayted"in futbolçu ücün 60 milyon avro ödəyə biləcəyi gözlənilir