İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında qeyd olunur.

2025-ci il iyunun 1-nə olan göstəriciyə görə, manatın dövretmə sürəti 3,36 bənd təşkil edib. Bu, may ayı ilə müqayisədə 0,03 bəndlik artım deməkdir.

Bununla belə, ilin əvvəli ilə müqayisədə göstərici 0,09 bənd azalsa da, ötən ilin eyni dövrünə nisbətən 0,01 bəndlik artım qeydə alınıb.

Tarixi göstəricilərə nəzər saldıqda, manatın dövretmə sürətinin ən aşağı həddi 2015-ci ilin yanvarında – ilk devalvasiya dövründə 2,68 bəndlə qeydə alınıb. Ən yüksək səviyyə isə 2005-ci ildə müşahidə olunub – həmin vaxt bu göstərici 15,72 bəndə çatmışdı.