III Maliyyə və İnvestisiya Forumu (FIF2022) “Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard” otelində keçiriləcək!

Ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə baş tutacaq forumun əsas məqsədi ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması və maarifləndirmə prosesindən ibarətdir.

Gələcəyə hazırlıq bu gündən başlayır. Hər bir gələcək uğur isə dəyişiklikdən və yenilənmədən keçir. İqtisadi inkişaf naminə yeni məqsəd və hədəflər müəyyən olunmalıdır. Qürurverici zəfərlə nəticələnən 44 günlük müharibədən sonra ölkəmiz üçün yeni prioritetlər və iqtisadi yüksəliş planları meydana çıxdı.  Qardaş Türkiyə ilə birgə regionun nəqliyyat koridoru sayılacaq Zəngəzur dəhlizini açaraq Avropanı Asiya ilə, yeni “İpək Yolu” ilə birləşdirə bilərik. Ölkəmizə xarici investisiyaları cəlb etməklə, Çindən Londona boylanan və Alat dəniz limanı, Zəngəzur dəhlizi, Naxçıvanı və orta Asiyanın Türk yurdları ilə birləşdirən ticarət yolumuzu birgə inşa edərək xoşbəxt firavan gələcəyimizin təməlini atmaq fürsəti yaranmışdır.  Qarabağın turizm, mineral su qaynaqları, təbii sərvətləri, yeraltı qızıl mədənləri, əlvan metal kimi təbii zənginliklərindən istifadə ölkəmizdə iqtisadi canlanma üçün təkanverici rol oynayacaq.

Azərbaycanda yaranan yeni iqtisadi-siyasi şərait regiona yeni maliyyə resurslarını - xarici bankları, investisiya şirkətlərini, yeni ticarət-nəqliyyat partnyorlarını regiona cəlb etmək və yeni infrastruktur yaratmaqla iqtisadi fürsətləri dəyərləndirməyə yol açır.  Eyni zamanda dünyada baş verən proseslər zəminində dəyişən iqtisadi reallıqlar və yanaşmalar da yeni iqtisadi düzənə uyğulaşmağı tələb edir.

Bu il 3-cü dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumu (FIF2022) dünyada və regionda yaranmış yeni iqtisadi, maliyyə, investisiya imkanları və rəqabətcil bazarı gözləyən yeni fürsətlərin müzakirə ediləcəyi bir platforma kimi çıxış edəcək. Maliyyə və investisiya sahəsində çalışan peşəkarların və təcrübəli mütəxəssislərin spiker qismində iştirakıyla sahə üzrə mövzuların müzakirəsi təşkil olunacaq.

https://www.instagram.com/fifbaku.az/

https://www.facebook.com/fifazerbaijan/?ref=pages_you_manage