Rusiya prezidenti Vladimir Putin "Fəxri Legion" ordenindən məhrum edilə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa mediası yazır. Bildirilir ki, Emmanuel Makron Avropa Birliyinin zirvə görüşündən sonra jurnalistlərə açıqlamasında bu barədə danışıb. 

Makron qeyd edib ki, Putinin "Fəxri Legion" ordenindən məhrumunu istisna etmir.

Qeyd edək ki, Putin 2006-cı ildə bu ordeni sabiq Fransa prezidenti Jak Şirak tərəfindən almışdı.