"Fransa hüquq-mühafizə orqanlarının az olması səbəbindən bütün ərazilərdə təhlükəsizlik problemləri yaşayır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə prezident Emmanuel Makron Fransa televiziyasına müsahibəsi zamanı bildirib.

"Bütün ştatlarda təhlükəsizlik və asayişə ehtiyac var. Son illərdə ölkədə polis əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə azalıb. Və bu gün kifayət qədər hüquq-mühafizə orqanı olmadığı üçün təhlükəsizlik problemlərimiz var", - deyə Makron bildirib.

 

Gözəl Həşimova