Fransa Prezidenti Emmanuel Makron Gürcüstandakı hadisələrə qiymət vermək fikrində olmasa da, situasiyanın gərgin olduğunu düşünür.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Makron britaniyalı həmkarı Rişi Sunakla Parisdə birgə mətbuat konfransında deyib.

“Biz narahatlıq doğuran kadrları gördük. Bu bizi laqeyd qoya bilməz”, - Makron deyib.

Onun sözlərinə görə, Gürcüstana ciddi təzyiq göstərilir.