Türkiyənin sevilən müğənni, aktyor, rejissor, ssenarist və bəstəkarı Mahsun Kırmızıgül bu gün Bakıya gəlib.

İqtisadiyyat.az xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran müğənni Türkiyədə minlərlə insanın həyatına son qoyan təbii fəlakətlə bağlı da danışıb. O, bu fəlakətlə bağlı film çəkəbə bilməyəcəyini deyib:

"Böyük bir faciədən çıxmışıq. Zəlzələdə mənim yaxınlarımdan ölən olmadı. Amma mən orada ölənlər arasında öz qızımı da, öz oğlumu da, öz yaxınlarımı da gördüm. Başımız sağolsun".

Mahsun Kırmızıgül həmçinin zəlzələyə görə Türkiyəyə göstərdiyi yardım və dəstək üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına minnətdarlığını bildirdi. 

Qeyd edək ki, fevralın 12-də müğənninin Bakı Konqres Mərkəzində konserti keçiriləcək. Mahsun Kırmızıgül konsertdən götürülən gəlirin zəlzələdən əziyyət çəkənlərə göndəriləcəyini bildirib.

Məlumat üçün bildirək ki, axırıncı dəfə Bakıda 2017-ci ilin fevralında olub. O, rejissoru olduğu və əsas rollardan birini oynadığı “Möcüzə” filminin qala-gecəsində iştirak etmişdi.