Avropanın ən böyük çayı olan Dunay Macarıstanın paytaxtı Budapeştdə məcrasından çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Məlumata görə, daşqın Budapeştdəki parlamentin binasına çatıb.

Nazir bildirib ki, Budapeştdə daşqının pik həddi sentyabrın 21-i axşam saatlarında gözlənilir. Orbanın sözlərinə görə, vəziyyətin ciddiliyinə baxmayaraq, Macarıstan hakimiyyəti sellə mübarizə üçün kifayət qədər resurslara malikdir.

Orban bir neçə gün əvvəl Macarıstandakı daşqınlar səbəbindən Avropa Parlamentindəki çıxışını da ləğv etdiyini açıqlayıb.

 

Gözəl Həşimova