Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 2023-cü il üçün yeni makromaliyyə kredit yardımı paketi ilə bağlı razılığa gələ bilməyiblər.  

İqtisadiyyat.az xəbər verir ki, bunu Çexiyanın maliyyə naziri Zbynek Stanyura təşkilat üzvlərinin iclasının açıq hissəsində açıqlayıb.

Açıqlamada Macarıstan bu məsələdə ölkələr arasında razılığın əldə olunması imkanını əngəllədiyi bildirilib.

Məhəbbət Məmmədov