Bu il Macarıstan Rusiyadan “Türk axını” boru kəməri ilə rekord həcmdə - 6,2 milyard kubmetr qaz alıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub