Macarıstan Avropa Komissiyası tərəfindən Ukraynaya əlavə yardım göstərmək üçün hazırlanmış Avropa İttifaqının (Aİ) büdcəsinə düzəlişlərin əleyhinədir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş nazir Viktor Orban çərşənbə axşamı Avropa Şurasının sədri Şarl Mişel, habelə Belçika, Lüksemburq, Xorvatiya, İsveç və Slovakiyadan olan həmkarları ilə məsləhətləşmələr zamanı deyib.

"Avropa Komissiyasının büdcəyə dəyişikliklərlə bağlı təklifi qeyri-ciddidir və bundan söhbət gedə bilməz. Brüsselin Ukraynaya daha 50 milyard avroluq yardım göstərmək niyyəti ilə razılaşmaq olmaz", - o, "Facebook"da yazıb.

Baş nazir Aİ-nin Ukraynaya göndərdiyi vəsaitlərin istifadəsi ilə bağlı məlumatın olmadığını qeyd edib.