İqtisadiyyat.az "Operativ Media"ya istinadən xəbər verir ki, bu barədə m10 öz istifadəçilərinə məlumat göndərib.
Məlumata görə, digər m10 hesabına köçürmələr və m10 hesabından karta köçürmələr üçün aylıq 5000 manatadək əməliyyatlar komissiyasız olacaq. Bu limiti keçdikdən sonra isə istifadəçilər 0.5% komissiya ödəməli olacaqlar.
QR kod vasitəsilə nağdlaşdırma əməliyyatlarında 1% komissiya tətbiq ediləcək və minimum məbləğ 1 manat olacaq. Lakin m10 hesabının artırılması əvvəlki kimi komissiyasız qalacaq.