Fransız mətbuatı dünyanın ən məşhur muzeylərindən biri olan Parisdəki Luvrda bu yay COVID-19 koronavirus pandemiyası fonunda ziyarətçilərin əhəmiyyətli dərəcədə azaldığını qeyd edir.

İyul ayında ziyarəçi sayı keçən ilin iyul ayına nisbətən 75%, avqust ayında isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 60% azalıb.
Son iki yay ayındakı ümumi ziyarətçi sayının 80%-i fransız olmaqla təxminən 550 min nəfər olduğu təxmin edilir. Halbuki əvvəlki illərdə Luvrun ziyarətçilərinin orta hesabla 75% -i əcnəbilər olub.

Yerli KİV-lər Luvr da daxil olmaqla muzey ziyarətlərinin azalmasına davam edən koronavirus pandemiyası səbəb olduğunu qeyd edirlər.

Qeyd edək ki, Luvr dünyanın ən böyük muzeylərindən biridir. Ən məşhur eksponatlar arasında Leonardo da Vinçinin "Mona Lisa" əsəri, "Venera de Milo" və "Samothrace Nika" heykəlləri, eləcə də "İnsanlara rəhbərlik edən Azadlıq" və "Medusanın Salı" kətanları var. Hər il təxminən 10 milyon insan onu ziyarət edir.Fins.az