"Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov rusiyalı qolkiperin “Qarabağ”a keçidinə münasibət bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o, komandanın cari mövsümdəki nəticələrinə əsasən Azərbaycan çempionunu seçməklə doğru addım atdıqlarını bildirib.

“İndi əminliklə deyə bilərik ki, Lunyovun “Qarabağ” seçimi özünü doğrultdu. Rusiya Premyer Liqası klublarından gələn bəzi təklifləri qəbul etmək mümkün idi. Amma biz “Qarabağ”ı üstün tutmaqla hər şeyi düz etdik”, – deyə Smirnov Rusiya mətbuatına açıqlamasında bildirib.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a mövsümün əvvəlində “Bayer”dən keçib. Onun ağdamlılarla müqavilə müddəti yaya qədərdir