Kiyev hakimiyyəti Rusiya ilə danışıqlar aparmalıdır, əks halda Ukraynanın ölkə kimi günləri sayılı olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko Belarus tarixində ilk tək səsvermə günündə iştirakdan sonra jurnalistlərlə söhbətində deyib.

"Əgər Qərb indi olduğu kimi Ukraynaya "kömək etsə", Ukraynanın günləri də sayılı olacaq", - deyə Lukaşenko xəbərdarlıq edib.

"Əgər biz indi Rusiya ilə danışıqlara getməsək, onlar Ukraynanı tamamilə itirəcəklər. Ona görə də bu gün biz danışıqlar aparmalıyıq ki, problem öz həllini tapsın, ölkəni xilas etmək mümkün olsun", - Belarus lideri əlavə edib