Belarus Prezidenti Aleksandr Lukaşenko İrana səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər martın 12-13-də baş tutacaq.

Lukaşenkonun Tehranda İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacağı qeyd olunub.

Əsas mövzu ikitərəfli münasibətlər və ticarət-iqtisadi əməkdaşlıq olacaq.

Prezidentlər təkbətək və geniş tərkibdə görüşlər keçiriləcəklər.

Danışıqların yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.